Polşa prezidenti BMT-də snus istifadə edərkən görüntülənib.
İnterpress.az xəbər verir ki, Polşa prezidenti Karol Navrotski BMT Baş Assambleyasının 80-ci sessiyasında diqqətçəkən hərəkəti ilə gündəmə gəlib.
Mətbuata görə, fasilə zamanı prezidentin köməkçisi ona snus qabı verib və Navrotski dərhal onu dodağının altına qoyub.
Qeyd edək ki, snus — yandırılmadan və tüstüsüz istifadə olunan, üyüdülmüş və nəmləndirilmiş tütün məhsuludur.
Onu yuxarı dodağın altına yerləşdirərək nikotin əldə etmək mümkündür.
Xuraman Etibarlı
İnterpress.az