İsrail XİN “Sumud Qlobal Donanması”nın sülh təkliflərini rədd etməsini PİSLƏDİbackend

İsrail XİN “Sumud Qlobal Donanması”nın sülh təkliflərini rədd etməsini PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Xarici İşlər Nazirliyi Sumud Qlobal Donanmasının sülh təkliflərini rədd etməsini pisləyib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.

İsrail Xarici İşlər Nazirliyi Sumud Qlobal Donanmasının nümayəndəsinin Aşkelon limanı vasitəsilə Qəzza zolağına sülh yolu ilə yardım çatdırmaq barədə İsrailin təklifini rədd etməsindən təəssüfləndiyini bildirib.

İsrail Xarici İşlər Nazirliyi bəyan edib ki, donanmanın cavabı onun qeyri-səmimiliyini və Zolaq sakinlərinə kömək etməkdənsə, HƏMAS-I dəstəkləmək kimi əsl məqsədini vurğulayır.

İsrail bir daha bildirib ki, donanma sülh təkliflərini rədd etməyə davam edərsə, ölkə dəniz blokadasının pozulmasının qarşısını almaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.

Xuraman Etibarlı

İnterpress.az