Qətər əmiri BMT Baş Assambleyasının 80-ci sessiyasında ÇIXIŞ ETDİbackend

Qətər əmiri BMT Baş Assambleyasının 80-ci sessiyasında ÇIXIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər əmiri Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.

İnterpress.az xəbər verir ki, Qətər əmiri əl-Tani BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edərək, İsrailin Qəzza zolağı ilə bağlı siyasətini pisləyib.

O qeyd edib ki, “İsrailin girovları azad etməkdən imtina etməsi və Qəzzaya qarşı davam etdirdiyi müharibə göstərir ki, onun məqsədi Zolağını dağıtmaq, yaşayış məntəqələrini genişləndirmək və İordan çayının qərb sahilini ilhaq etməkdir”.

Əl-Tani qeyd edib ki, İsrailin baş naziri Netanyahu onun hərəkətlərinə qarşı çıxanlara “terrorçu və ya antisemit” kimi baxaraq, öz mövqeyini bütün ərəb dünyasına sırımağa çalışır.

Qətər Əmiri həmçinin vurğulayıb ki, Doha bu səylərə qarşı kampaniyalara baxmayaraq, Misir və ABŞ ilə koordinasiya daxil olmaqla, vasitəçilik və humanitar yardım göstərmək səylərini davam etdirəcək.

O, həmçinin münaqişənin sülh yolu ilə həllinə və Fələstin dövlətinin tanınmasına ümid etdiyini bildirib və bəyan edib ki, Trampın hərəkətləri, müharibə bitərsə, onun Nobel Sülh Mükafatını almasına səbəb ola bilər.

Əl-Tani həmçinin ölkəsinin Livan və ordusuna dəstəyini qeyd edərək, İsraili “BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq işğal olunmuş əraziləri” tərk etməyə çağırıb.

O, həmçinin İranın nüvə proqramı ilə bağlı çıxış edərək, MAQATE müfəttişlərinin İran obyektlərinə çıxışının Tehranın siyasi iradəsindən asılı olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az