Rusiyada hərbi çağırış İLBOYU APARILACAQbackend

Rusiyada hərbi çağırış İLBOYU APARILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması hərbi çağırışın ilboyu aparılmasını dəstəkləyib.

İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Duması birinci oxunuşda qanun layihəsini təsdiqləyib.

Sənədə əsasən, hərbi xidmətə çağırış bütün təqvim ili ərzində — 1 yanvardan 31 dekabra qədər aparılacaq.

Hazırda mövcud qaydalara görə, çağırış il ərzində iki dəfə keçirilir: 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr tarixlərində.

Qanun layihəsi qüvvəyə minsə, Rusiya ordusuna əsgərlərin cəlb olunması fasiləsiz şəkildə həyata keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az