İstanbulda kripto İŞGƏNCƏSİ: Moldova vətəndaşı ÖLÜ TAPILDI – FOTObackend

İstanbulda kripto İŞGƏNCƏSİ: Moldova vətəndaşı ÖLÜ TAPILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində xarici ölkə vətəndaşı qəddarlıqla qətlə yetilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, İstanbulda iş yerində ölü vəziyyətdə tapılan, əlləri və ayaqları plastik qandallarla bağlı, döyülmə izləri olan şəxsin Moldova vətəndaşı Nikolay Palamarçuk olduğu müəyyən edilib.

İlkin ehtimallara görə, o, kriptovalyuta ilə məşğul olub və iş yoldaşları tərəfindən onun elektron pul kisələrinə girişi öyrənmək məqsədilə işgəncəyə məruz qalmış ola bilər.

Hadisə ilə bağlı İstanbul polis və hüquq-mühafizə orqanları araşdırma aparır.

Xuraman Etibarlı

İnterpress.az