Moskvada DİN inspektoru saxta miqrasiya işi üzrə HƏBS OLUNDU – VİDEObackend

Moskvada DİN inspektoru saxta miqrasiya işi üzrə HƏBS OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya Daxili İşlər Nazirliyinin baş inspektoru və onun ehtimal olunan şərikləri saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İlkin versiyaya görə, onlar xidməti səlahiyyətlərindən istifadə edərək yaxın xarici ölkələrin vətəndaşlarına qanunsuz yollarla yaşayış icazəsi əldə etməkdə köməklik göstəriblər.

Faktiki olaraq, saxlanılanlar saxta sənədlərlə doldurulmuş ərizələri qəbul edərək, həmin şəxsləri “rus dilli” kimi rəsmiləşdiriblər.

Sənədlərdə guya Ryazan vilayətində və digər bölgələrdə doğulub yaşamış qohumlar barədə yalan məlumatlar göstərilib.

İstintaqın məlumatına görə, bu yolla təqsirləndirilənlər təxminən 700 min rubl (təxm. 14 210 man) pul əldə ediblər.

Xuraman Etibarlı

İnterpress.az