İsveçrədə təhsil alan çinli tələbə yüksək yaşayış xərclərinə görə qeyri-adi həll yolu tapıb – o, pişik yemi yeməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Onun sözlərinə görə, ölkədə aylıq minimum xərclər 1000–1500 frank təşkil edir.
Bir çox tələbə isə maliyyə çatışmazlığı səbəbindən üçüncü kursa qədər oxuya bilmir və universiteti tərk etməyə məcbur olur.
Çinli tələbə əlavə gəlir əldə etmək üçün qan da verir, çünki donorlar üçün pulsuz nahar nəzərdə tutulub. Amma bu da yetərli olmur.
O, hesablayıb ki, ən sərfəli variant pişik yemidir: Migros markalı 3 kiloqramlıq paket cəmi 3,75 frank təşkil edir və 32% zülal ehtiva edir.
Tələbənin dediyinə görə, ən dadlısı “fıstıqlı yemdir”, amma süd qatmaq olmaz.
Xuraman Etibarlı
İnterpress.az