Südlü kokteyl insult və demensiyaya səbəb ola bilər – Alimlərbackend

Südlü kokteyl insult və demensiyaya səbəb ola bilər – Alimlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Südlü kokteyl insult və demensiyaya səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bununla bağlı Cənubi Uels Universitetinin alimləri araşdırma aparıb.

Alimlər müəyyən ediblər ki, tərkibində çoxlu doymuş yağ olan (təxminən 130 qram) yalnız bir südlü kokteyl belə beynin damar elastikliyini azaldır və qoruyucu funksiyasını zəiflədir.

Mütəxəssislərin sözlərinə görə, bu proses insult və demensiya riskini artırır, xüsusilə yaşlı insanlar üçün təhlükəlidir.

Alimlər xəbərdarlıq edir ki, hətta nadir hallarda qəbul edilən yağlı və şəkərli “fastfud” tipli qidalar sadəcə zərərsiz şirniyyat deyil, beyin sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Xuraman Etibarlı

İnterpress.az