ABŞ Prezidenti Donald Tramp Ağ Evdə maraqlı jest edib. O, Co Baydenin fotosunu avtomatik sənədimzalama cihazı ilə əvəzləyib.
İnterpress.az xəbər verir ki, bununla bağlı kadrları Trampın köməkçisi Marqo Martin X sosial şəbəkəsində yayımlayıb.
Tramp bununla Baydenin prezidentliyi dövründə sənədləri şəxsən imzalamadığını vurğulamaq istəyib.
Onun sözlərinə görə, Bayden ölkəni idarə etməkdə passivdir və qərarlar əslində texniki vasitələrlə və başqalarının təsiri altında həyata keçirilib.
Xuraman Etibarlı
İnterpress.az