Yekaterinburqda kişi pasport dəyişərkən saxlanılıb və cəbhəyə göndərilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yekaterinburqda 45 yaşlı kişi yeni pasport almaq üçün müraciət edərkən qəfil hərbi polisin əlinə düşüb.
Ona səfərbərlikdən yayınma və dezertirlik ittihamı irəli sürülüb. Halbuki həmin şəxs yalnız 2023-cü ildə Rusiya vətəndaşlığı alıb, heç bir çağırış vərəqəsi almayıb və hərbi xidmətdə də olmayıb.
Saxlanıldıqdan sonra o, hərbi hissəyə göndərilib. Aerodromda vəziyyəti pisləşib, həkimlər təcili əməliyyat apararaq reanimasiya şöbəsinə yerləşdiriblər.
Buna baxmayaraq, həmin şəxsi xəstəxanadan çıxarıb yenidən müharibəyə göndərmək üçün hazırlıqlara başlayıblar.
Xuraman Etibarlı
İnterpress.az