Ermənistanın yeni atom elektrik stansiyasına ehtiyacı var.
İnterpress.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktorunun müavini, qurumun nüvə energetikası departamentinin rəhbəri Mixail Çudakov bəyan edib.
O deyib ki, Ermənistanın yeni atom elektrik stansiyasına ehtiyacı var.
Onun sözlərinə görə, ən doğru variant mövcud stansiyanın əvəzinə rus dizaynlı yeni enerji blokunun inşası olardı.
“Bu, tamamilə məntiqlidir. Amma son illərdə məntiq həmişə işləmir, siyasi qərarlar üstünlük təşkil edir”, – Çudakov bildirib.
Xuraman Etibarlı
İnterpress.az