Gürcüstan prezidenti BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.
İnterpress.az xəbər verir ki, Gürcüstan prezidenti Kavelaşvili çıxışında Cənubi Qafqazda sülhün əldə olunmasına verdiyi töhfəyə, xüsusən də Bakı ilə İrəvan arasında münaqişənin həllinə yardım etdiyinə görə ABŞ prezidenti Trampa minnətdarlığını bildirib.
O qeyd edib ki, Gürcüstan həm ticarət, həm də enerji tranziti baxımından mühüm regional mərkəzə çevrilir.
Kavelaşvili Tbilisinin dialoqa və əməkdaşlığa hazır olduğunu vurğulayıb: “Biz milli maraqlarımızı nəzərə alaraq bütün tərəflərlə dialoqa açığıq”.
Xuraman Etibarlı
İnterpress.az