İsrail oktyabrın 7-də hücumda iştirak edən HƏMAS yaraqlısını ÖLDÜRDÜbackend

İsrail oktyabrın 7-də hücumda iştirak edən HƏMAS yaraqlısını ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Oktyabrın 7-də Hücumda iştirak edən HƏMAS yaraqlısını öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu və Şin Bet təhlükəsizlik xidməti (Şin Bet) HƏMAS-ın Şati batalyonunda Nuxba bölməsinin komandiri Vael Matrianın öldürüldüyünü açıqlayıb.

Onun 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu zamanı Nahal Ozdakı hərbi bunkerə hücumda iştirak etdiyi bildirilir.

Müharibə başlayandan sonra o, Qəzza zolağında İsrail əsgərlərinə hücum marşrutlarının təşkilində də iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az