Misir “soyuq sülh”dən İsraillə açıq qarşıdurmaya KEÇİBbackend

Misir “soyuq sülh”dən İsraillə açıq qarşıdurmaya KEÇİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir “soyuq sülh”dən İsraillə açıq qarşıdurmaya keçib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Nziv” nəşri yazıb.

Misirlə İsrail arasında münasibətlər müvəqqəti böhranlardan kənara çıxan yeni mərhələyə qədəm qoyub.

1979-cu ildə sülh sazişinin imzalanmasından sonra davam edən “soyuq sülh” dövrü faktiki olaraq başa çatıb və “açıq qarşıdurma” ilə əvəz olunub.

Bu yaxınlarda Dohada keçirilən fövqəladə Ərəb-İslam sammiti zamanı Misir tərəfi ilk dəfə İsrailə münasibətdə “düşmən” ifadəsini işlədib.

Bundan əlavə, Qahirənin hələ İsrailə yeni səfir təyin etməməsi münasibətlərin ciddi şəkildə soyuduğunu və birbaşa diplomatik kanalların zəiflədiyini göstərir.

Hazırkı münaqişə siyasi müharibəyə çevrilib və təhlükəsizlik sahəsində əməkdaşlıq indi risk altındadır.

Xuraman Etibarlı

İnterpress.az