Danimarka sahillərində rus hərbi gəmisi GÖRÜNTÜLƏNDİ – VİDEObackend

Danimarka sahillərində rus hərbi gəmisi GÖRÜNTÜLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka sahillərində 340 əsgər və 10 tank daşıya bilən Rusiya desant gəmisi görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə Danimarkanın «Ekstra Bladet» nəşri məlumat yayıb.

Nəşr yazır ki, ölkə sahillərində Rusiya Hərbi-Dəniz Qüvvələrinin desant gəmisi “Aleksandr Şabalin” bir neçə gündür bölgədədir.

Gəmi 340 əsgər və 10 tank daşımaq gücünə malikdir.

Məlumata görə, gəminin AIS siqnalı söndürülüb, buna görə də onu izləmək mümkün deyil.

Gəmi Kalininqradda yerləşən Baltik donanmasının tərkibinə daxildir və Langelann və Lollann adaları yaxınlığında dayandığı bildirilir.

Eyni zamanda, son günlər Danimarkanın hava limanları və hərbi obyektləri üzərində naməlum dronlar müşahidə olunub.

Xuraman Etibarlı

İnterpress.az