Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini YENƏ BLOKLADIbackend

Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini YENƏ BLOKLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Sentyabrın 26-da Aİ səfirləri ilk dəfə olaraq Moskvaya qarşı 19-cu sanksiyalar paketini müzakirə ediblər. Lakin Slovakiya yenidən buna qarşı çıxıb.

Bu, ilk dəfə deyil. Bratislava bundan əvvəl 2028-ci ilə qədər Rusiya qazından tamamilə imtinanı nəzərdə tutan RePowerEU təşəbbüsü çərçivəsində zəmanət tələb edərək 18-ci sanksiyalar paketini bloklayıb.

Macarıstanla yanaşı, Slovakiya da Rusiyanın enerji resurslarından kəskin şəkildə uzaqlaşmasına müqavimət göstərir.

Xatırladaq ki, yeni paketə 2027-ci il yanvarın 1-dən Rusiyanın LNG-yə qadağası, “Rosneft” və “Qazprom Neft”ə qarşı sanksiyalar, habelə “kölgə donanması”nda olan 118 gəmiyə və məhdudiyyətlərdən yayınmaqda Rusiyaya yardım edən ölkələrə qarşı məhdudlaşdırıcı tədbirlər daxildir.

Xuraman Etibarlı

İnterpress.az