İranın XİN BMT Təhlükəsizlik Şurasına ÇAĞIRIŞ ETDİbackend

İranın XİN BMT Təhlükəsizlik Şurasına ÇAĞIRIŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasını məsuliyyət və diplomatiyaya çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İranın xarici işlər naziri Əraqçi BMT Təhlükəsizlik Şurasını məsuliyyətli davranmağa və diplomatiya, ədalət və beynəlxalq hüququ rəhbər tutmağa çağırıb.

Bu müraciət Şuranın bu gün keçirəcəyi 2231 saylı Qətnamənin uzadılması üçün səsvermədən əvvəldir.

Əraqçi vurğulayıb ki, hazırkı səsvermə diplomatik dialoq üçün məkan yaratmaqla qarşıdurmaya “yox”, əməkdaşlığa isə “hə” demək imkanıdır.

O qeyd edib ki, İran dəfələrlə diplomatik pəncərəni saxlamağı təklif edib, lakin Aİ3 və ABŞ təzyiqi gücləndirməkdə davam edərək cavab verməyib.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi 2015-ci ildə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına dəstək olaraq qəbul edilib.

Müqavilə beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə ambisiyalarını məhdudlaşdırır.

Qətnamə MAQATE-nin monitorinqini və pozuntular baş verərsə, geri çəkilmə mexanizmini nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az