İldırım sürətli BASQIN: 1 dəqiqəyə 1 milyon dollarlıq zinət əşyası OĞURLANDI – VİDEObackend

İldırım sürətli BASQIN: 1 dəqiqəyə 1 milyon dollarlıq zinət əşyası OĞURLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniyada silahlı quldurluq hadisəsi nəticəsində 1 dəqiqəyə 1 milyonluq zinət əşyası aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

ABŞ-nin Kaliforniya ştatında bir qrup quldur zərgərlik mağazasına hücum edərək cəmi bir dəqiqə ərzində 1 milyon dollar dəyərində zinət əşyası oğurlayıb.

Onlardan bəziləri silahla, digərləri isə çəkic və alətlərlə mağazanın vitrinlərini sındırıb.

Hücumdan sonra polis dron vasitəsilə dəstəni izləyib, bir neçə nəfər artıq saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az