Fəzail İbrahimli Masallı rayonunda 27 sentyabr – Anım Günü tədbirində iştirak edib – FOTObackend

Fəzail İbrahimli Masallı rayonunda 27 sentyabr – Anım Günü tədbirində iştirak edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Masallı rayonunda 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdə 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq səhifələri, ərazi bütövlüyümüzün bərpası, işğaldan azad olunmuş torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi, müharibədə igidlik göstərmiş qazilərimizin şücaəti və bu gün Qarabağda aparılan bərpa-quruculuq işlərindən söz açılıb.

Deputat Fəzail İbrahimli tədbir iştirakçıları ilə birgə şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub və şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdən sonra deputat Çaxırlı inzibati ərazi dairəsinə daxil olan Çaxırlı, Kəlbəhüseyinli, Bala Təklə və Sarıcəfərli kəndlərinin sakinlərini qəbul edib. Qəbuldan əvvəl kənd sakinləri ilə birlikdə Kəlbəhüseyinli kəndində ucaldılmış şəhidlər kompleksinə də baş çəkilib.

Görüş Kəlbəhüseyinli kənd məktəbinin akt zalında keçirilib. Deputat qəbula gələn hər bir vətəndaşı dinləyib, onların səsləndirdiyi təklif və problemləri qeydə alıb. Bildirilib ki, bütün məsələlər aidiyyəti qurumlarla müzakirə olunacaq və qanunvericiliyə uyğun həlli istiqamətində addımlar atılacaq.

Qəbulda həmçinin Masallı Rayon İcra Hakimiyyətinin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Canəli Fətullayev də iştirak edib.