Tramp ofisindəki qızıl bəzəkləri nümayiş etdirərək video yayımlayıb və hər kəsin öz gözəlliyinə görə “dəli olduğunu” yazıb.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp kabinetindəki dəbdəbəli interyeri nümayiş etdirmək üçün sosial şəbəkələrdə video paylaşıb.
Kadrlarda qızıl bəzəklərlə zənginləşdirilmiş mebellər və aksesuarlar əks olunur. Tramp paylaşımında yazıb ki, bu gözəllik hər kəsi heyran edir.
Hələ aprel ayında o, Ağ Evdəki interyerin öz hesabına yeniləndiyini bildirmişdi.
Onun sözlərinə görə, bəzəklərdə 24 karatlıq qızıldan istifadə olunub.
Xuraman Etibarlı
İnterpress.az