Moldova müxalifəti hakim partiyaya QALİB GƏLDİbackend

Moldova müxalifəti hakim partiyaya QALİB GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova müxalifəti ölkə daxilində hakim partiyanı məğlub edib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Moldovada keçirilən parlament seçkilərində müxalifət ölkə daxilində hakim partiya üzərində üstünlük əldə edib.

Lakin xaricdəki seçki məntəqələrində baş verən mümkün manipulyasiyalar və Dnestryanı bölgə sakinlərinin faktiki olaraq səsverməyə buraxılmaması fonunda, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) parlamentdəki çoxluğu saxlamaqda davam edir.

99,03% protokolların hesablanmasından sonra məlum olub ki, müxalif bloklar, o cümlədən “Vətənpərvər Blok”, ümumilikdə 101 mandatdan 48-ni əldə edib.

Hazırkı hakimiyyətin dayağı olan PAS isə əvvəlki nəticələrlə müqayisədə 10 mandat itirib.