İrəvanda mövsümi qripə qarşı səyyar peyvənd məntəqələri yenidən açılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin direktor müavini Zaruhi Qriqoryan jurnalistlərə bildirib ki, onlar oktyabrın ilk həftəsində fəaliyyətə başlayacaqlar.
Bir məntəqə paytaxtın mərkəzində yaradılacaq, ikinci mobil məntəqə isə İrəvanın müxtəlif rayonlarına səfər edəcək.
Xuraman Etibarlı
İnterpress.az