Georgi Baçiaşvilinin valideynlərinə qarşı cinayət işi AÇILDIbackend

Georgi Baçiaşvilinin valideynlərinə qarşı cinayət işi AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prokurorluğu İvanişvilinin ortağının valideynlərinə cinayət işi açıb. Onlar 3,5 milyon dollarlıq aktivlərin leqallaşdırılmasında ittiham olunurlar.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstan prokurorluğu kriptovalyuta fırıldağı ilə bağlı məhkum edilmiş iş adamı Georgi Baçiaşvilinin valideynlərinə qarşı cinayət işi açıb. Araşdırmalara görə, onlar oğullarının qeyri-qanuni maliyyə sxeminə cəlb olunublar.

Gürcüstanın sabiq baş naziri və milyarder Bidzina İvanişvilinin keçmiş tərəfdaşı olan Baçiaşvili kriptovalyuta ilə bağlı böyük məbləğdə vəsaitin mənimsənilməsinə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın gəldiyi nəticəyə əsasən, valideynlər oğullarının oğurladığı vəsaitlərin bir hissəsini — təxminən 3,5 milyon dolları qanuni yolla dövriyyəyə daxil etməkdə (yəni “yumaqda”) iştirak ediblər.

Hazırda Baçiaşvilinin valideynlərinə qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, onları 9 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az