İrəvanda tikiş fabrikində PARTLAYIŞ – Xəsarət alanlar varbackend

İrəvanda tikiş fabrikində PARTLAYIŞ – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda tikiş fabrikində güclü partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bu gün günorta saatlarında İrəvan şəhərinin Ayas küçəsində yerləşən tikiş fabrikində güclü partlayış baş verib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı ilkin məlumata görə, partlayış nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıblar. Xəsarət alanların vəziyyəti barədə dəqiq informasiya hələlik açıqlanmayıb.

Hadisənin səbəbləri hələ araşdırılır. İlkin versiyalara əsasən, partlayışın texniki nasazlıq və ya təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verməsi ehtimal olunur.

Fabrikin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə giriş məhdudlaşdırılıb. Fövqəladə Hallar Xidmətinin mütəxəssisləri hadisə yerində ekspertiza və istintaq işlərinə başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az