Antalya Prokurorluğu şəhər meri Muxittin Böcek barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı istintaqı davam etdirir.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Antalya Böyükşəhər Bələdiyyəsi ilə əlaqəli korrupsiya cinayətləri çərçivəsində aparılan araşdırmalar nəticəsində 20 şübhəlidən 16-sı saxlanılıb.
İstintaq çərçivəsində rəsmi sənədlərin saxtalaşdırılması, tenderlərdə pozuntular və vəzifədən sui-istifadə kimi hallar araşdırılır.
Hazırda iş üzrə genişmiqyaslı əməliyyat tədbirləri və ifadə prosesləri davam edir.
Prokurorluq hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatların veriləcəyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az