Kollecdə qətliam törədən tələbə 2 ay müddətinə HƏBS EDİLDİbackend

Kollecdə qətliam törədən tələbə 2 ay müddətinə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxangelskdə texniki kollecdə qətliam törədən keçmiş tələbə iki ay müddətinə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

18 yaşlı Artemi Koryukov direktor müavininə qovulduğuna görə qisas almaq məqsədilə hücum etdiyini etiraf edib.

Arxangelsk Tikinti və İqtisadiyyat Texniki Kollecinə bıçaqla gələn tələbə onun qovulmasına qərar verən komitənin üzvü olan direktor müavini Olqa İvanovaya bıçaqla xəsarət yetirib. O, sağ qalıb, amma həyatı üçün qorxur.

Koryukov barəsində ən azı noyabrın 28-dək həbs qətimkan tədbiri seçilib.

Xuraman Etibarlı

İnterpress.az