Qazaxıstan və Səudiyyə Ərəbistanı investisiya əməkdaşlığını DƏRİNLƏŞDİRİRbackend

Qazaxıstan və Səudiyyə Ərəbistanı investisiya əməkdaşlığını DƏRİNLƏŞDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və Səudiyyə Ərəbistanı investisiya tərəfdaşlığının yeni sahələrini nəzərdən keçirir.

İnterpress.az xəbər verir ki, Astanada Xarici İşlər Nazirliyinin İnvestisiya Komitəsinin sədri Ospankulov və Qazaxıstan-Səudiyyə İşgüzar Şurasının həmsədri Əl-Daxil və Səudiyyə Ərəbistanı nümayəndə heyətinin nümayəndələri arasında görüş keçirilib.

Tərəflər prioritet iqtisadi sektorlar, o cümlədən enerji, bərpa olunan enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanının Qazaxıstana yatırdığı investisiyalar artıq 110 milyon dolları keçib.

Qazaxıstan gələcək investisiya təşəbbüslərinin həyata keçirilməsi üçün əlverişli şərait və fərdi yanaşma təmin etməyə hazırdır.

Xuraman Etibarlı

İnterpress.az