“Kapitoli Şamanı” kimi tanınan Ceykob Çensli Trampı məhkəməyə verib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ Konqresinə 2021-ci ilin 6 yanvarında hücumda iştirak etmiş və “Kapitoli Şamanı” kimi tanınan Ceykob Çensli bir neçə ay əvvəl Tramp tərəfindən əfv edilməsinə baxmayaraq, onu məhkəməyə verib.
İddiada yalnız Tramp deyil, həmçinin ABŞ Federal Ehtiyat Sistemi, Milli Təhlükəsizlik Agentliyi, BVF, Dünya Bankı, İsrail dövləti, İlon Maskın “X” korporasiyası, T-Mobile və Warner Bros. Studios da yer alır.
Şikayət ərizəsi 26 səhifədən ibarətdir, lakin yalnız bir bənddən ibarətdir.
Çensli bu ərizədə yalnız ABŞ Konstitusiyası və Hüquqlar Billinin qüvvədə qalmasını tələb edir.
O, həmçinin 40 trilyon dollarlıq qızıl sikkə buraxılaraq ABŞ-nin dövlət borcunun bağlanmasını təklif edir.
Çensli iddia edir ki, Tramp ona Konqresin hücumundan iki gün sonra şəxsi məktub göndərib, və xüsusi xidmət orqanları onun “şaman bacarıqlarını” qeyri-yerüstü varlıqlarla əlaqə üçün istifadə etməyə çalışıb.
Çensli əvvəllər QAnon konspirasiya nəzəriyyəsinin tərəfdarı idi, lakin sonradan Trampı “Epşteyn dosyesini” açıqlamamaqla günahlandıraraq ondan üz çevirib.
Xuraman Etibarlı
İnterpress.az