Rusiyada çeçen və ermənilər arasında toqquşma baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, Rusiyanın Voljski şəhərində iki etnik qrup – çeçen və erməni gənclər arasında kütləvi dava baş verib.
Hadisə yerli sakinlər arasında ciddi narahatlıq yaradıb.
Gecə saatlarında baş verən qarşıdurmada tapançalar, bıçaqlar və kastetlərdən (beşbarmaq) istifadə edildiyi bildirilib.
Şahidlərin sözlərinə görə, insident “klassik milli toqquşma” ssenarisi üzrə inkişaf edib.
Hadisənin səbəbi isə, ilkin məlumatlara görə, şəxsi münasibətlər zəminində – bir qadın uğrunda yaranmış mübahisə olub.
Rəsmi qurumlardan hadisə ilə bağlı hələlik geniş açıqlama verilməyib.
Polis insidentin iştirakçılarını müəyyənləşdirmək və qarşıdurmanın əsl səbəblərini aydınlaşdırmaq üçün istintaqa başlayıb.
Xuraman Etibarlı
İnterpress.az