Rusiya 2022-ci ildən bəri Avropada 110 təxribat və hücumda iştirak edib.
İnterpress.az xəbər verir ki, GLOBSEC beyin mərkəzləri və Beynəlxalq Terrorla Mübarizə Mərkəzinin (ICCT) birgə hesabatına əsasən, Moskva Avropaya qarşı hibrid müharibə aparmaq üçün cinayət şəbəkələrini yerləşdirib.
Tədqiqatçılar 2022-ci ildən bəri Rusiya ilə əlaqəli 110 “kinetik insident” – yandırma, təxribat, hücumlar və sui-qəsd cəhdlərini sənədləşdiriblər. Belə halların ən çoxu Fransa və Polşada qeydə alınıb.
Məlumata görə, təxribat üçün həbsxanalar, cinayətkar qruplar və sosial şəbəkələr vasitəsilə cəlb edilmiş “birdəfəlik agentlər”dən istifadə edilib.
Mükafatlar qraffiti üçün bir neçə avrodan infrastruktura hücumlara görə böyük məbləğlərə qədər dəyişirdi.
Fəaliyyətin pik nöqtəsi 2024-cü ilin birinci yarısında, Polşa və Litvada logistika anbarlarında kütləvi yandırma hücumları və partlayıcı maddələrin aşkar edildiyi vaxt baş verib.
Xuraman Etibarlı
İnterpress.az