Ermənistanda professor və dosent OLMAYACAQbackend

Ermənistanda professor və dosent OLMAYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda professor və ya dosent olmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Artıq Ermənistanda professor və dosent titulları olmayacaq. Bu, qanunvericiliyə edilən dəyişikliklərdən sonra elmi sahəyə təsir edir”, – təhsil üzrə ekspert Atom Mxitaryan bildirib.

Hazırda professor və ya dosentin nədən ibarət olduğunu müəyyən edən heç bir sənəd yoxdur. Lakin ayrıca maddədə göstərilir ki, namizədlik və ya doktorluq dərəcəsi olanların hamısı doktoranturaya bərabər hesab ediləcək.

Faktiki olaraq, indi ölkədə yalnız bir elmi dərəcə var – doktorluq.

Ekspertlərin fikrincə, bu, nəinki gəncləri elm sahəsində karyera qurmaqdan çəkindirir, həm də erməni alimlərinin beynəlxalq aləmdə imkanlarını məhdudlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az