Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi qalmaqallı açıqlama ilə çıxış edib.
İnterpress.az xəbər verir ki, Rusiya Pravoslav Kilsəsinin keşişi Sergey Baranovun sözlərinə görə, müasir uşaqlar valideynlər tərəfindən həddən artıq ərköyün böyüdülür, çox sevilir və onlara hər şeyə icazə verilir.
O bildirib ki, uşaqlar “çox az döyülür” və nəticədə məsuliyyət yox, yalnız öz hüquqları barədə düşünən “kaprizli idiotlara” çevrilirlər.
Baranovun fikirləri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az