Həştərxanda “Qazel” markalı yük maşını səkidə izdihamı vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
20 yaşlı “Lada Granta” sürücüsü kəsişmədə “Qazel” markalı yük maşınına yol verməyib.
Nəticədə avtomobillər toqquşub, furgon isə inersiya ilə hərəkət edərək səkidə gedən piyadaları vurub.
Hadisə yerində yol polisi əməkdaşları çalışır.
Xuraman Etibarlı
İnterpress.az