Kadırov Şamanovu tribunala göndərməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı, general-polkovnik Vladimir Şamanovu Çeçen müharibəsi dövründə törətdiyi cinayətlərə görə tribunala göndərməyə çağırıb.
O, Şamanovu “çeçen xalqına qarşı ən qəddar general” adlandırıb.
Buna cavab olaraq tənqidçilər bildiriblər ki, tribunala göndərilməli olan elə Kadırovun özüdür, çünki birinci Çeçen müharibəsi zamanı o və ailəsi separatçıların tərəfində olub.
Xuraman Etibarlı
İnterpress.az