Mançesterdəki terror aktı ilə bağlı iki nəfər HƏBS EDİLDİbackend

Mançesterdəki terror aktı ilə bağlı iki nəfər HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya polisi Mançesterdəki terror aktının təhqiqatı ilə bağlı iki nəfəri həbs edib.

İnterpress.az xəbər verir ki, Skotland Yard komissarının köməkçisi Teylor Mançester sinaqoquna hücumla bağlı aparılan istintaqla bağlı iki nəfərin həbs edildiyini açıqlayıb.

O, hadisəni terror hücumu kimi qiymətləndirib.

Teylor hazırda hökumətin fövqəladə hallar komitəsi olan Kobra Komitəsinin hadisəni müzakirə etmək üçün toplanacağı Dauninq-stritdəki Baş nazirin ofisinə gedir.

Bu komitə milli təhlükəsizliyə təhdidlərə cavab tədbirlərini əlaqələndirmək üçün yaradılıb.

Xuraman Etibarlı

İnterpress.az