Rusiyanı qlobal sistemdən çıxarmaq planları iflasa uğrayıb.
İnterpress.az xəbər verir ki,bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
“Rusiya biabırçı şəkildə “sanksiya” adlandırılan cəza tədbirlərinin həcminə görə tarixi rekorda sahibdir. Amma bu, dözümlülük nümayiş etdirir və biz bununla fəxr edirik”, – o deyib.
Putin vurğulayıb ki, bəzi ölkələr Rusiyanı strateji məğlubiyyətə uğratmaq və xalqını əziyyətə salmaq istəyirlər. Lakin artıq onların sakitləşməsinin vaxtı çatıb. Rusiya lideri ümid edir ki, “Qərbin ən zəkalıları belə bu planın fəlakətini dərk edəcəklər”.
Xuraman Etibarlı
İnterpress.az