Ukrayna Nikaraqua ilə diplomatik əlaqələri KƏSDİbackend

Ukrayna Nikaraqua ilə diplomatik əlaqələri KƏSDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Nikaraqua ilə diplomatik əlaqələri kəsib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukrayna hökuməti Nikaraqua Respublikası ilə diplomatik münasibətləri dayandırıb.

Bu addım Nikaraquanın Ukraynanın işğal olunmuş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrini “Rusiya Federasiyasının ərazisi” kimi tanımasına cavab olaraq atılıb.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Nikaraquanın bu hərəkəti beynəlxalq hüququ pozur və ölkənin suverenliyinə ciddi təhdid yaradır.

Diplomatlar bu qərarı “Ukrayna ərazisinin tanınmazlığına və Rusiya tərəfindən işğala legitimlik qazandırmaq cəhdi” kimi qiymətləndiriblər.

Hökumət vurğulayıb ki, Ukrayna müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün diplomatik və beynəlxalq vasitələrdən istifadə edəcək.

Xuraman Etibarlı

İnterpress.az