Zaporojye AES-də 9 gündür enerji YOXDUR – 10-cu kəsinti BAŞ VERDİbackend

Zaporojye AES-də 9 gündür enerji YOXDUR – 10-cu kəsinti BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye AES-də 10-cu elektrik kəsintisi baş verib. 

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Bildirilir ki, Zaporojye Atom Elektrik Stansiyası artıq 9 gündür xarici enerji təchizatından kəsilib.

Ukrayna tərəfi bildirir ki, bu, Rusiya hərbçilərinin elektrik xəttinə qəsdən zərər verməsi səbəbindən baş verib.

Stansiya ehtiyat dizel generatorları ilə işləyir və yanacaq ehtiyatı maksimum 10 günə çatır.

Ekspertlər xəbərdarlıq edir ki, enerji bərpa olunmasa, nüvə yanacağının qızması və radioaktiv nəticələrlə nüvə qəzası riski artır.

Xuraman Etibarlı

İnterpress.az