Gürcüstanda Ermənistan vətəndaşı külli miqdarda mənimsəmə, Ukrayna vətəndaşı isə qiyabi ittihamla həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
İstintaqın məlumatına görə, söhbət surroqat analıq xidməti təşkil edən vasitəçi şirkətdən gedir.
Şirkətin təsisçiləri Çinli ailələrdən daxil olan vəsaitləri – tibbi xidmətlərə, gündəlik xərclərə və surroqat analar üçün mənzil kirayəsinə yönəltmək əvəzinə, öz məqsədləri üçün mənimsəyiblər.
Gürcüstan DİN-in açıqlamasına əsasən, təqsiri sübuta yetiriləcəyi halda, ittiham olunanları 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hadisə ictimaiyyətin geniş diqqətini cəlb edib, çünki surroqat analıq mövzusu ölkədə dəfələrlə korrupsiya və kriminal qalmaqallarla gündəmə gəlib.
Xuraman Etibarlı
İnterpress.az