15 yaşlı qızın başını qırxaraq zorla ƏRƏ VERDİLƏR – VİDEObackend

15 yaşlı qızın başını qırxaraq zorla ƏRƏ VERDİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda 15 yaşlı qızın üzünü qırxdıraraq zorla ərə veriblər.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Özbəkistanda Denov rayonunun Ozod məhəlləsində 15 yaşlı qızı 28 yaşlı kişiyə zorla ərə veriblər. Qızın atası qızının toyundan xəbərsiz olduğunu iddia edib və hadisəni nənəsinin təzyiqi ilə əlaqələndirib.

Məlumata görə, məktəbli qızın qohumları fürsətdən istifadə edərək yetkinlik yaşına çatmayan bakirə qızlarını imkanlı bəyə ərə vermək qərarına gəliblər.

İctimai etirazdan sonra polis hadisənin bütün iştirakçılarını saxlayıb və cinayət işi açıb.

Məlum olub ki, yeniyetmənin həqiqətən də toy gecəsi baş tutub.

Xuraman Etibarlı

İnterpress.az