Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərinə zərbə dəstəyi verir – “Financial Times”backend

Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərinə zərbə dəstəyi verir – “Financial Times”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə (VSU) Rusiyanın dərinliklərinə zərbələr endirməkdə dəstək göstərir.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ NATO müttəfiqlərinə təzyiq göstərərək Ukraynaya kəşfiyyat yardımlarını genişləndirməyə təşviq edir.

Mənbələr bildirir ki, Vaşinqton yaxın gələcəkdə Kiyevə yeni kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırır.

Bu məlumatlar Ukrayna ordusunun uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın enerji infrastrukturlarına daha effektiv zərbələr vurmasına imkan verəcək.

FT vurğulayır ki, bu addımlar ABŞ-ın Ukrayna münaqişəsində rolunun artdığını göstərir. Eyni zamanda, ABŞ administrasiyası bu xəbərləri şərh etmir.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarını davamlı verdiyini, lakin məlumatların məzmununu açıqlamadığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az