Rusiyada Putinə dəstək aksiyası keçirənlər cərimələnib.
İnterpress.az xəbər verir ki, bubarədə Rusiya mediası məlumat yayıb.
Saratov vilayətinin Volski rayon məhkəməsi NOD-un (Milli Azadlıq Hərəkatı) Engels üzrə koordinatoru Nataliya Yaqupovanı icazəsiz aksiya təşkil etdiyinə görə 25 min rubl (təxm. 518 man) məbləğində cərimələyib.
Məhkəmə qərarında qeyd olunur ki, avqustun sonunda Yaqupova və bir neçə NOD üzvü küçələrdə jurnal paylayıb, üzərlərində “SVO-da qələbə, V.V. Putinə dəstək üçün imza toplama, Qələbə planı: Rusiyanın suverenliyi, Ukraynanın müstəqilliyinin ləğvi, ABŞ-yə qarşı nüvə hədəflənməsi” sözləri yazılmış geyimlə dayanıb.
Qadının müdafiəsi bunun sadəcə “vətəndaşların maarifləndirilməsi” olduğunu, ictimai aksiya sayılmadığını iddia etsə də, məhkəmə bu arqumenti qəbul etməyib.
Qərarda bildirilib ki, eyni simvolika ilə keçirilən bir neçə tək piket və təşviqat nöqtəsi ictimai tədbir hesab olunur və öncədən razılaşdırılmalıdır.
Yaqupova isə sosial şəbəkələrdə açıqlama yayaraq, bunun səhv anlaşma olduğunu, əslində “patriotları dəstəkləmək əvəzinə onlara qarşı sanksiyalar tətbiq edildiyini” bildirib.
Xuraman Etibarlı
İnterpress.az