İrəvan Ankaradan əlaqələr qurmaq üçün addımlar atacağını gözləyir.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, iqtidaryönlü deputat Sarkis Xandanyan deyib.
O bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına hər hansı maneə yoxdur.
Deputatın sözlərinə görə, rəsmi İrəvan Ankaradan praktik addımlar gözləyir.
“Bu baxımdan biz Türkiyə tərəfindən real addımların atılmasını gözləyirik, çünki Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına heç bir maneə yoxdur”, – Xandanyan vurğulayıb.
O həmçinin “Türk Hava Yolları”nın Ermənistan bazarına daxil olması ilə bağlı açıqlamasına da münasibət bildirib.
Deputat qeyd edib ki, bu cür təşəbbüslər iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkanlar yarada bilər.
Xuraman Etibarlı
İnterpress.az