Rusiyaya ZƏRBƏ: Qazaxıstan Çindən sanksiyalı malların axınını DAYANDIRDIbackend

Rusiyaya ZƏRBƏ: Qazaxıstan Çindən sanksiyalı malların axınını DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Çindən Rusiyaya “sanksiya mallarının” axınını dayandırıb.

İnterpress.az xəbər verir ki, Qazaxıstan sentyabrın sonundan etibarən Çinlə sərhəddə sanksiyalara məruz qalan yüklərin Rusiyaya tranzitini məhdudlaşdırıb.

Məlumata görə, sərhəddə böyük növbələr yaranıb – elektronika, dronlar, mikrosxemlər və dəzgahlarla dolu yük maşınları dayandırılaraq ciddi yoxlamalardan keçirilir.

Qərb istehsalı olan malların böyük hissəsi geri qaytarılır.

Qeyd olunur ki, hələ bir müddət öncəyədək Qazaxıstan Rusiyanın sanksiyaları yan keçməsi üçün əsas marşrutlardan biri idi. Buradan hərbi sənaye üçün lazım olan detallar da daşınırdı.

Lakin sentyabrda prezident Tokayevin Ukrayna lideri Zelenski ilə görüşündən sonra vəziyyət kəskin dəyişib.

Analitiklər bunu Moskva üçün “növbəti zərbə” kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az