Rusiyada yəhudilərin ibadət yerlərinə terror hücumlarının qarşısı alınıbbackend

Rusiyada yəhudilərin ibadət yerlərinə terror hücumlarının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarsk və Stavropol diyarlarında yəhudilərin ibadət yerlərinə terror hücumlarının qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə FSB məlumat yayıb.

Krasnoyarskda iki cinayətkar həbs edilib. Onlar evdə hazırlanmış cihazdan istifadə edərək yerli sinaqoqu bombalamağı planlaşdırırdılar.

Daha biri Pyatiqorskda saxlanılıb. O, Molotov kokteylindən istifadə edərək Yəhudi Dini İcmasının binasını yandırmaq niyyətində olub.

Xuraman Etibarlı

İnterpress.az