Coca-Cola spirtdən daha təhlükəlidir – ARAŞDIRMAbackend

Coca-Cola spirtdən daha təhlükəlidir – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin alimləri qazlı içkinin qaraciyəri spirtdən daha tez zədələdiyini aşkar ediblər.

İnterpress.az xəbər verir ki, bununla bağlı Çin alimləri araşdırma aparıb. Aparılan yeni tədqiqat göstərib ki, qazlı içkilər, o cümlədən “Coca-Cola”, qaraciyəri spirtli içkilərdən daha sürətlə zədələyir.

Mütəxəssislərin fikrincə, gündə cəmi 250 millilitr — yəni bir bankadan da az qazlı içki qəbul etmək, ölümcül qaraciyər xəstəliyi riskini 60 faiz artırır.

Söhbət qaraciyərin piyləşməsi – steatoz xəstəliyindən gedir.

Bu zaman orqan yağ qatı ilə örtülür və normal fəaliyyətini itirir, nəticədə isə ölümə gətirib çıxara bilər.

Tədqiqatda vurğulanır ki, həm adi, həm də “dietik” qazlı içkilər sağlamlıq üçün eyni dərəcədə təhlükəlidir.

Xuraman Etibarlı

İnterpress.az