Xalq artisti Əminə Yusifqızı vəfat edibbackend

Xalq artisti Əminə Yusifqızı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib.

Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub.

Azərbaycanca fəaliyyət göstərən bir sıra teatrda, eləcə də “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.

Əminə Yusifqızı 2016-cı il 14 sentyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilib.