Düşənbədə MDB Dövlət Başçılarının sammiti başlayıb.
İnterpress.az xəbər verir ki, görüş şəkil çəkdirmə mərasimi ilə başlayıb.
Sammit qapalı formatda keçirilir.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edir.
Sammit zamanı Birlik çərçivəsində praktiki qarşılıqlı əlaqə məsələləri müzakirə olunacaq və yaxın illər üçün əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdiriləcək.
İclasın yekunlarına əsasən 2026-2030-cu illər üçün MDB-nin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq proqramları, 2026-2028-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə, eləcə də 2030-cu ilədək hərbi əməkdaşlıq konsepsiyası daxil olmaqla bir sıra mühüm sənədlərin qəbul edilməsi planlaşdırılır.
Forumun qərarlarından biri “MDB+” formatının təsis edilməsi və Şanxay Əməkdaşlıq Təşkilatına Birlikdə müşahidəçi statusunun verilməsi olacaq.