Qarabağ danışıqlarında mürgüləyən DİPLOMATİYA:  “Aprel şilləsi”backend

Qarabağ danışıqlarında mürgüləyən DİPLOMATİYA: “Aprel şilləsi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsas aktivliyi ənənəvi olaraq Minsk qrupunun həmsədr ölkələri, xüsusən Rusiya nümayiş etdirsə də, prosesə ATƏT-in hazırkı sədri Almaniyanın ağır artilleriya qismində qoşulması gözdən yayınmadı.

Aprelin 5-də əldə olunmuş atəşkəsdən dərhal sonra Serj Sarkisyanın, bir neçə gün öncə isə Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri bu Qərbi Avropa ölkəsinin danışıqlara önəmli impuls gətirə biləcəyi ümidini yaratdı.

O Almaniya ki, Azərbaycanın da, Ermənistanın önəmli ticarət tərəfdaşı olmaqla yanaşı, əksər məqamlarda həm də siyasi tərəfsizliyi ilə seçilib. Əgər Rusiya və Amerikanın diplomatik səylərinə Azərbaycan və erməni cəmiyyətində müəyyən şübhə, inamsızlıqla yanaşırlarsa, Berlinin təşəbbüsləri bu mənada ciddi etiraz doğurmayacaq.

Bu fonda mayın 31-də Brüsseldə ATƏT həmsədrləri ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun, iyunun 2-də isə Edvard Nalbandyanla görüşü Almaniyanın önəmli təşəbbüsləri ilə yadda qaldı.
Məhz Berlin Qarabağda atəşkəsin rejiminin pozulması hallarının geniş miqyaslı hərbi əməliyyatlara çevrilməməsi üçün təmas xətində insidentlərin araşdırılması üçün yeni mexanizm təklif etdi, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin artırılmasına çağırış etdi.

Hələlik yalnız diplomatik kuluarlarda müzakirə edilən təkliflərin yaxın aylarda ictimaiyyət üçün açıqlanacağını gözləmək olar.

Amma təbii ki, Almaniya kansleri Angela Merkelin İlham Əliyevlə mətbuat konfransında etiraf etdiyi kimi Qarabağ münaqişəsinin həlli üçün açar Kremlin əlindədir. Kreml isə strateji müttəfiqi və Qafqazdakı bastionu Ermənistanla strateji tərəfdaşı, önəmli iqtisadi partnyoru Azərbaycan arasında manevrlər etməkdə davam edir.
Son 2 ayda regiona ardıcıl səfər edən rusiyalı rəsmilər problemin birdəfəlik həllində deyil, daha çox münaqişənin müharibə fazasına keçməsinin qarşını almaqda maraqlı görünürlər. Bunu zaman-zaman Rusiya rəsmilərinin verdiyi açıqlamalardan duymaq o qədər də çətin deyil.
Eyni yanaşmanı ABŞ və Fransa da nümayiş etdirir. Lakin istənilən halda onlar da mövcud status-kvonun əbədi belə qalmayacağını anlayırlar.

Məhz bu fonda Vyana görüşü barədə istər İlham Əliyev, istərsə də Serj Sarkisyanın nikbin açıqlamaları danışıqların həlli ilə bağlı pozitiv sonluğun gözlənildiyini deməyə əsas verir.

Danışıqlar masasında ATƏT-in Minsk qrupunun hələ 2008-ci ildə elan olunmuş “Madrid prinsipləri” əsasında tərəfləri razı sala biləcək konstruktiv sülh paketinin müzakirə olunduğu aşkardır. Bəzi müddəaları ayrı-ayrı vaxtlarda açıqlanana həmin paket əslində Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutur.

Buna görə qarşıdan gələn Əliyev- Sarkisyan görüşündə konfliktin həlli baxımından önəmli irəliləyişin əldə olunması və nəhayət, hərtərəfli həlli nəzərdə tutan sülh sazişinin əldə olunması ümidləri çox böyükdür.

Münaqişənin həlli Qafqaz regionunda hərbi-iqtisadi durumun kəskin dəyişməsinə, Rusiyanın nüfuzunun kəskin azalmasına və nəhayət, azərbaycanlıların gözlərini “mazol edən” ATƏT-in Minsk qrupunun regiona səfərlərinə son qoyacaq.(modern)

İnterpress.az