Si Sinpindən Çin valyutasının beynəlxalq gücünü artırmağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Çin sədri Si Sinpin Çin yuanının dünya ehtiyat valyutasına çevrilməsi üçün çağırış edib.
Çin lideri bəyan edib ki, yuanın beynəlxalq maliyyə sistemində rolu gücləndirilməli və bu, Çinin qlobal iqtisadi mövqeyini daha da möhkəmləndirməlidir.
O, ticarət və investisiyalar üçün güclü milli valyutanın vacibliyini vurğulayaraq, ABŞ dollarından asılılığın azaldılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib.
Si Sinpinin fikrincə, yuanın qlobal ehtiyat valyutası statusu qazanması Çinə beynəlxalq maliyyə arenasında daha böyük təsir imkanları və müstəqillik qazandıracaq.
Xuraman Etibarlı
İnterpress.az






